2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1179.8 manat təşkil edib.
Bu barədə Banker.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 10.1% artıb.