Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci il üzrə işçi sayı açıqlanıb.
Bu barədə Banker.az dövlət şirkətinin illik hesabatına istinadən xəbər verir.
Hesabata görə, 1 yanvar 2023-cü il tarixinə onun işçilərinin sayı 48 042 nəfər olub.
2021-ci ilin eyni dövründə SOCAR-ın işçi sayı 48 870 nəfər olub ki, bu da illik müqayisədə 828 nəfər azalma deməkdir.