11 C
Baku
Tuesday, November 26, 2024

Fərman Qurbanlı: “MİDA yaxın iki ildə 7 min ailəni güzəştli mənzillərlə təmin edəcək”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın iki il ərzində 7 min ailənin güzəştli mənzillərlə təmin edilməsini planlaşdırır.

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumunda panel çıxışında deyib.

Onun sözlərinə görə, bunlardan 3 minə yaxın insan Bakıda, 4 minə yaxın insan isə regionlarda güzəştli mənzillərlə təmin ediləcək.

F. Qurbanlı vurğulayıb ki, MİDA fəaliyyətdə olduğu müddətdə 7 layihə reallaşdırılıb: “Bu 7 layihə çərçivəsində 160 binada yerləşən 11 mindən çox mənzil, 5 ümumtəhsil məktəbi, 8 uşaq bağçası, həmçinin tibb və ticarət mərkəzləri inşa edilib. Ötən 7 il ərzində MİDA tərəfindən 8 463 ailə güzəştli mənzillərlə təmin edilib”.

Son xəbərlər
Digər xəbərlər