12:12
Ermənistanda Putinin həbsinə əsas verən Roma Statutu ratifikasiya edilib.
Bu gün Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.
60 nəfər lehinə, 22 nəfər isə əleyhinə səs verib.
***
12:03
Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirə edir.
2004-cü ildə dayandırılmış ratifikasiya prosesi bərpa edilib.
2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.
Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.