9 C
Baku
Thursday, December 12, 2024

“Atlas Medical Center”ə 5 min manatlıq cərimə yazılıb

“Atlas Medical Center” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məclləsinin 469.2-ci maddəsinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Atlas Medical Center” MMC beş min manat məbləğdə cərimə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər