Azərbaycan bankları mikro və fərdi sahibkarlara verdiyi kreditlərin həcmini avqusta da artırıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 sentyabr tarxininə mikro sahibkarlara verilən biznes kreditlərin həcmini 2 milyard 296.5 milyon manata çatdırıb. Bu da son bir ayda 4% artımdır.
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan sahibkarlara isə 2 milyard 646.2 milyon manat kredit verilib. Bu da son bir ayda 3.5% artımdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq işçi sayı 1-10 nəfər arası, illik gəliri 200 min manata qədər olduğunda mikro sahibkar sayılır.