“Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC (“Silk Way West Airlines”) 2023-cü ilin birinci rübündə gəlirləri 816.37 milyon manat təşkil edib.
Banker.az aviaşirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir ki, bu da 2022-cü ilin analoji dövründən 968.59 milyon manat və ya 54% azdır.
Şirkət illik müqayisədə 20% azalmaqla 787.77 milyon manata düşüb.
Şirkətin gəlirlərinin kəskin azalması onun xalis mənfəətinə mühüm təsiri olub. 2022-ci ilin eyni dövründə 602.31 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 10.09 milyon manat təşkil edib.
“Silk Vey Vest Aviaşirkəti” MMC-nin kapital balansında 1 milyard 6.78 milyon manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.