10 C
Baku
Wednesday, December 11, 2024

Səlim Müslümovun məhkəməsi yekunlaşır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin – Maliyyə Nazirliyinin nümayəndəsi iştirak edib. Hakim məhkəmə istintaqının yekunlaşmaq üzrə olduğunu bildirib. Qeyd edib ki, Səlim Müslümov dəymiş ziyanın 20 milyon manatını, bundan əlavə şirkətlər tərəfindən mənimsənilən 4 milyon 500 min manat məbləği də ödəyib.

Maliyyə Nazirliyinin nümayəndəsi istintaqın yekunlaşmasına etiraz etmədiklərini bildirib.

Səlim Müslümovun vəkili isə digər həmkarının prosesdə iştirak etmədiyini əsas gətirərək iclasın təxirə salınmasını istəyib.

Məhkəmə prosesinin oktyabrın 18-də davam etdirilməsi qərar alınıb.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər