7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın ən qədim zavodlarından birinin xalis mənfəəti azalıb

Azərbaycanda neft-qaz, neft-kimya sənaye avadanlıqlarını hazırlanması və xidmətlərini həyata keçirən “Bakı fəhləsi maşınqayırma zavodu” ASC (BFMZ) 2022-ci ildəki gəlirləri azalıb, xərcləri isə azalıb.

Banker.az xəbər verir ki, bu barədə BFMZ-nin illik audit hesabatında bildirilir.

Şirkət 2022-ci ildə 1 milyon 817.6 min manat gəlir əldə edib. Bu da illik müqayisədə 0.5% azalmadır. 2021-ci ilin müvafiq dövründə 1 milyon 828.3 min manat gəlir əldə etmişdi.

Şirkətin gəlirləri azalarkən xərcləri artıb. Belə ki, 2022-ci ildə gəlirlər illik müqayisədə 3% artaraq 1 milyon 730.9 min manat təşkil edib. “Bakı fəhləsi maşınqayırma zavodu” ASC neft-mədən avadanlıqlarının və eləcə də xalq istehlakı mallarının istehsalı üzrə ixtisaslaşmış müəssisədir.

Bununla da 2021-ci ildəki 149 min manatlıq xalis mənfəət 2022-ci ildə 86.7 min manata qədər azalıb.

Zavod 1900-cu ildə Bakı şəhərinin Balaxanı-Sabunçu rayonunun Sabunçu qəsəbəsinin 101-ci sahəsində əvvəlki “Benkendorf” neft firmasının kiçik emalatxanalarının bazasında yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər