Avropa İttifaqı Rusiyanın Abxaziyada daimi hərbi dəniz bazası yaratmaq niyyətindən dərin narahatlığını ifadə edib.
Bu barədə ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozef Borrellin mətbuat xidmətinin bəyanatında qeyd olunub.
“Rusiyanın Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarındakı hərbi mövcudluğu qanunsuzdur və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq hüququn prinsiplərini Rusiyanın götürdüyü beynəlxalq öhdəliklərini, o cümlədən 12 avqust 2008-ci il razılaşmasını və onun 8 sentyabr 2008-ci ildə tətbiq edilən tədbirlərini pozur. Rusiya qeyd edilən planlarına davam edərsə, bu, regionun sabitliyinə olan təhdidləri və gərginliyi daha da artıracaq”, – Aİ-nin bəyanatında bildirilib.