6 C
Baku
Sunday, December 15, 2024

Almaniya hökuməti ölkə iqtisadiyyatı ilə bağlı proqnozu pisləşdirib

Almaniya hökuməti 2023-cü ilin sonuna qədər ölkə iqtisadiyyatının 0,4 faiz azalacağını proqnozlaşdırıb.

Bu barədə Bundestaqdakı mənbələrdən bildirilib.

Məlumata görə, aprel ayında hakimiyyət orqanları dekabrın sonuna qədər analoji artımı gözləyirdilər. Ancaq davamlı inflyasiya və yüksək enerji qiymətləri də daxil olmaqla, bir sıra amillər proqnozlara yenidən baxılmasına səbəb olub.

Almaniyada inflyasiyanın 2023-cü ilin sonuna qədər 6,1 faiz, 2024-cü ildə isə 2,6 faiz olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər