“MAHAL” MTK barəsində İdarəçilik Qaydalari Əleyhinə Olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi yazılıb.
Protokol Binəqədi Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Abbas Rzayevdir.
İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə – fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.