İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın İsrailə və əks istiqamətdə reyslərinin sərnişinlərinə aviabiletin dəyərinin cəriməsiz tam geri qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.
Banker.az xəbər verir ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.
Cədvəldə hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.
Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.