Oktyabrın 10-da BMT-nin texniki komandası vəziyyətlə tanış olmaq və əhalinin humanitar ehtiyaclarını müəyyən etmək üçün Qarabağa yola düşəcək.
Bu barədə BMT-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.
Missiyanın tərkibinə BMT-nin rezident-əlaqələndirici ofisinin və Birləşmiş Millətlərin ixtisaslaşmış institutlarının əməkdaşları daxildir.
BMT-nin missiyası ilk dəfə oktyabrın 1-də Qarabağda, o cümlədən Xankəndi və “Laçın” NBM-də olub.