Vladimir Putin Yaxın Şərqdəki vəziyyəti “tənzimləməni inhisara almağa cəhd edən, lakin hər iki tərəf üçün məqbul kompromislər tapmaqla məşğul olmayan ABŞ siyasətinin uğursuzluğunun bariz nümunəsi” adlandırıb.
Bu barədə Putin Kremldə İraq Baş naziri Məhəmməd Şiyə əs-Sudani ilə görüşünün protokol hissəsinə bildirib.
Rusiya prezidenti qeyd edib ki, Vaşinqton Fələstin xalqının köklü maraqlarını, ilk növbədə BMT Təhlükəsizlik Şurasının suveren müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarını yerinə yetirmək zərurətini nəzərə almayıb.
Putinin sözlərinə görə, Fələstin-İsrail münaqişəsini həll etmək üçün BMT Təhlükəsizlik Şurasının müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarını yerinə yetirmək lazımdır
“Çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ siyasətinin uğursuzluğunun bariz nümunəsidir. Fələstin-İsrail münaqişəsində mülki əhaliyə dəyən zərər minimuma, sıfıra endirilməlidir. Rusiya Federasiyası bütün tərəfləri buna çağırır”, deyə Rusiya prezidenti vurğulayıb.
Putin İraqın baş nazirini Fələstin-İsrail münaqişəsi və digər mövzuları üzbəüz ətraflı müzakirə etməyə dəvət edib.