13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta” “Aqroservis”in avtomobillərini 58 min manata sığortalayacaq

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti “Qala Sığorta” ASC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə nəqliyyat vasitələrinin kasko sığortası xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 57.817,76 AZN-dir.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər