“Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.
Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var: “Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq. Tək dövlət təhsili olmamalı, eləcə də nazir sırf dövlət təhsil müəssisələrini tənzimləyən şəxs olmamalıdır. Özəl sektor da bu sahədə fəaliyyətini artırmalıdır. Bu gün təqaüdlərə ayrılan vəsaitlər bir neçə milyon manatdan çox deyil və gediləcək uzun yol var”.