21 C
Baku
Thursday, October 10, 2024

“Okeanus” MMC-yə məxsus balıq istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi  (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıq istehsalı müəssisəsində yoxlama keçirilib.

Banker.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisəyə baytarlıq sənədləri və mənşəyi məlum olmayan balıq məhsullarının qəbul edildiyi, temperatur rejiminə riayət olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların qəbulu, təmizlənməsi və emalının eyni sahədə həyata keçirildiyi, istehsal olunan məhsulların etiket məlumatlarının (saxlanma şəraiti və yararlılıq müddəti) normativ tələblərə uyğun tərtib olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və antisanitar vəziyyət aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

22

Son xəbərlər
Digər xəbərlər