13 C
Baku
Saturday, November 23, 2024

OECD ölkələrində neft ehtiyatları azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları avqustda iyul ayı ilə müqayisədə 11 mln. barel azalıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına əsasən, OECD ölkələrində neftin kommersiya ehtiyatları avqust ayının yekunlarına görə 2.803 mlrd. təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə – red.) 82 mln. barel çox, son beşillik ortalama göstəricidən 117mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 182 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər