Tixoretsk-Bakı neft kəmərinin əks istiqamətdə genişləndirilməsindən sonra Azərbaycana neft tədarükünün həcmi 4 milyon tona çata bilər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Hələlik bu layihə ilə bağlı qərar yoxdur, Azərbaycan reallaşma imkanlarını öyrənir. Layihəni təklif edən Rusiya idi, həcmi 4 milyon tona qədərdir”.
Onun sözlərinə görə, bu neft Azərbaycan ərazisində emal oluna bilər.