9 C
Baku
Thursday, December 12, 2024

İşçi Qrupunda qiymətləri 10%-dən çox bahalaşan məhsullarla bağlı geniş müzakirə aparılıb

Nazirlər Kabinetində daxili bazarda qiymətləri 10 faizdən çox bahalaşan məhsulların idxal və yerli mənşəli olmasının faktorları geniş müzakirə olunub.

Bu barədə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin, idxal olunan məhsulların qiymət indeksi (idxal inflyasiyası), kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti və satışı üzrə yarmarkaların təşkili, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində görülən tədbirlər və aidiyyəti qurumlar tərəfindən istifadə olunan qiymət monitorinqi sisteminin uzlaşdırılması məsələləri geniş müzakirə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər