“Yelo Bank” ASC 2023-cü ilin 3-cü rübündə 13 milyon 796 min manat mənfəət edib. Ötən ilin eyni dövründə bankın mənfəəti 3 milyon 244 min manat olub ki, bu da illik müqayisədə 4.3 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-sentyabr aylarında “Yelo Bank”ın cəmi gəlirləri 88 milyon 144 min manat (əvvəlki ilə nisbətən 26% artım), cəmi xərcləri isə 83 milyon 440 min manat təşkil edib. 2022-ci ilin 9 ayında bankın cəmi gəlirləri 70 milyon 104 min manat, xərcləri 68 milyon 633 min manat olub.
BANK BÖYÜYÜB
Bu ilin oktyabr ayının 1-nə “Yelo Bank”ın cəmi aktivləri 912 milyon 136 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11% artım deməkdir. Bunun 715 milyon 383 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 15% böyüyüb.