6 C
Baku
Monday, December 16, 2024

ARDNF: mərkəzi bankların sərtləşməyə getməsi kapital bazarına əlavə risk gətirir

2023-cü ilin 3-cü rübünə aktivlərin artımı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Qeyd edilir ki, aktivlərin həcmi 13% artaraq 55 524,0 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ARDNF-in hesabatında qeyd edilir.

Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırmışdır.

Eyni zamanda, inflyasiya dərəcəsinin aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması və buna töhfə verən əmək bazarının dayanıqlılığı ilkin gözləntilərə nisbətən uçot dərəcələrinin daha uzun müddət yuxarı səviyyələrdə qala biləcəyinə işarə edir. İstiqraz bazarlarına gəldikdə isə, faiz dərəcələri cari il ərzində də qalxmağa davam etmişdir ki, bu da öz növbəsində istiqraz dəyərlərinə mənfi təsir göstərmişdir.

Qeyd edək ki, sərt monetar siyasətin davamlı olması nəticəsində şirkətlərin borclarının daha yuxarı faizlə yenidən maliyyələşdirilməsi getdikcə şirkətlərin maliyyə yükünü artıraraq mənfəətliliklərinə mənfi təsir edə bilər. Bu isə öz növbəsində səhm və korporativ istiqraz bazarlarına əlavə risk gətirir.

Son xəbərlər
Digər xəbərlər