Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının Bişkek toplantısından öncə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıq apardığını bildirib.
“Biz Paşinyanla zəngləşdik və qarşıdan gələn MDB sammitini müzakirə etdik”.
Rusiya liderinin sözlərinə görə, Ermənistan MDB-dən çıxmır.
“Baş nazir Paşinyan mənə zəng etdi, telefonla danışdıq. Qarşıdan gələn, yəni bugünkü sammitdən danışdıq. Ortada kifayət qədər başa düşülən hallar var. İndi bu barədə danışmayacağam – Ermənistanın baş nazirindən soruşmaq daha yaxşıdır. Amma mənim anladığım qədəri ilə Ermənistan MDB-dən heç yerə çıxmır”, – deyə Putin Qırğızıstana səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.