Türkiyənin “Anka” kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.
Bu barədə “inbusiness.kz” Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.
“Məqsədimiz təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil olaraq pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün bu ölkəyə təcrübə və texnologiya ötürməkdir”.