9 C
Baku
Thursday, December 12, 2024

Avropada qaz ehtiyatları tarixi səviyyəyə çatıb

Avropa İttifaqının (Aİ) qaz ehtiyatları 97.89%-ə çatıb. Bu, bütün müşahidələr tarixində maksimum olub, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Əvvəlki maksimum 28 oktyabr 2019-cu ildə qeydə alınıb – 97.84%. Hazırda Avropanın yeraltı qaz anbarlarına 107.75 milyard kubmetr vurulub.

Fələstinin HƏMAS hərəkatı ilə oktyabrın 7-dən davam edən müharibə fonunda İsrail qazı Misirə də ixrac edilən ən böyük yataqlarından biri olan Tamarda qaz hasilatını müvəqqəti dayandırmaq qərarına gəlib. Tamarın bağlanması Misirin LNG zavodlarında gücün azalması və beləliklə, qışda Avropaya LNG tədarükünün azalması demək ola bilər.

Son xəbərlər
Digər xəbərlər