18 C
Baku
Friday, October 3, 2025

“Təcrübəçi əməliyyatçı-xəzinədar” (Quba) – DəmirBank

Vəzifə öhdəlikləri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
• Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
• Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
• Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
• Əmanət kitabçasında yazılışları aparmaq;
• Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
• Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
• Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;
• Müştərilərə çarpaz satışların təqdim etmək.

Namizədə qarşı tələblər:

• Orta ixtisas və ya ali təhsil – İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir;
• Görkəmli zahiri görünüşə malik olmaq;
• Ünsiyyət və nitq qabiliyyətlərinə malik olmaq;
• Yaş həddi 19-30 arası;
• Kompyuter (ofis) proqramlarını yaxşı səviyyədə bilmək;
• Satışyönümlü istiqamətli olmaq;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
• Rus dili yaxşı səviyyədə bilmək;
• İngilis dilini bilənlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Quba filialı üzrə təcrübəçi əməliyyatçı-xəzinədar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər