15 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparacaq

Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparacaq.

Bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmin qurumlar aşağıdakılardır:

– iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektləri;

– qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri;

– illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslər. Azərbaycan Mərkəzi Bankı istisnadır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər