14 C
Baku
Friday, October 3, 2025

“Müştəri xidmətləri təmsilçisi” (Lənkəran ) – DəmirBank

Vəzifə öhdəlikləri:

• Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
• Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
• Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
• Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların  SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
• Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin olunmasının təmin edilməsi.

Namizədə qarşı tələblər:

• Ali və ya orta ixtisas təhsilinin olması;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Gülərüz, səbirli və mehriban olması;
• Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi üstünlükdür);
• Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
• Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər 16 noyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Lənkəran” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər