Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 9 ayında 5772 dollar ikən, cari ilin ilk 9 ayında 5577 dollar təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 67 milyon 194 min dollar dəyərində 12 049 ton kərə yağı idxal edilib.
Ötən ilin eyni dövründə 80 milyon 961 min dollar dəyərində 14 027 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 17%, miqdarı isə 14% azalıb.