Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:
Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi qaydaları;
Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;
Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;
Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.
Namizədə qarşı tələblər:
Ali təhsilinin olması;
Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Stres altında işləməyi bacarmalı;
Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;
Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Göstərilən tələblərə cavab verən namizədlər 16 noyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti – Təcrübəçi mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.