11 C
Baku
Tuesday, November 26, 2024

“WhatsApp” parolsuz olacaq – Tətbiqə necə daxil olacağıq?

“WhatsApp” tərtibatçıları messencerə daxil olmağın yeni üsulunu – “Passkey” texnologiyasını sınaqdan keçirirlər. Bildirilir ki, bundan sonra tətbiqə daxil olduqda şifrə əvəzinə giriş açarları istifadə ediləcək. Yenilik hələki yalnız beta versiyada, Android əməliyyat sistemində məhdud sayda smartfon istifadəçiləri üçün əlçatandır.

Beləliklə, istifadəçilər tətbiqin kilidini açmaq və öz hesablarına daxil olmaq üçün parollardan və SMS yoxlamasından imtina edə biləcəklər. Bu üsullar üz skanı və ya barmaq izindən istifadə etməklə PİN kodu və ya biometrik autentifikasiya ilə əvəz ediləcək.

Bildirilir ki, funksiyaya dəstək yaxın həftələr və aylar ərzində bütün Android cihazlarında həyata keçiriləcək. Messencerin iOS versiyasında giriş açarları üçün dəstəyin nə vaxt tətbiq ediləcəyi hələ dəqiqləşməyib.

“Passkey” (giriş açarları) – parol olmadan avtorizasiyadan keçmə texnologiyasıdır. O, hesablara və proqramlara daxil olmaq üçün kriptoqrafik açarlardan istifadə etməyə imkan verir.

Açarlardan biri (qapalı) istifadəçinin cihazında saxlanılır, ikinci açar (açıq) isə yaradıldıqda tətbiqə yüklənir. Sistemə daxil olduqda, istifadəçidən unikal çağırışı imzalamaq xahiş olunur. Cihaz bunu yalnız istifadəçinin razılığı ilə edir, bunun üçün istifadəçinin cihazın kilidini açması (barmaq izi, üz tanıma texnologiyası və s. vasitəsilə) tələb olunur. Daha sonra sistem açıq açardan istifadə edərək imzanı yoxlayır.

Son xəbərlər
Digər xəbərlər