Böyük Britaniya Baş naziri Rişi Sunak İsrail Prezidenti İsaak Hersoqla görüşüb.
İsrail mətbuatına istinadən, Prezident İsaak Hersoq və Baş nazir Rişi Sunak arasında görüş Yerusəlimdə (Qüds) prezident iqamətgahında baş tutub.
Sunak İsrail baş naziri Benyamin Netanyahu ilə də görüşəcək.
Böyük Britaniya hökumət başçısı “X” hesabında HAMAS tərəfindən girov götürülən şəxslərin ailə üzvləri ilə də görüşdüyü barədə məlumat yayıb.
“Tərəfdaşlarımızla işləyərək, biz HAMAS terrorçuları tərəfindən saxlanılan girovların azad edilməsini təmin etməkdə qərarlıyıq”, o vurğulayıb.







