“Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda amerikalılara Livanda qalmaları tövsiyə edilmir”.
Bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bildirilir ki, bu vəziyyətdə ölkə vətəndaşları respublikaya səfər etməməlidir.
“Dövlət Departamenti Livandakı ABŞ vətəndaşlarını mümkün qədər ölkəni tez tərk etməyi planlaşdırmağa çağırır”, – deyə bəyanatda qeyd edilir.