Yazılı informasiyanın yadda saxlanılmasının gücləndirilməsi
İnformasiyanı hafizədə həkk olunmasının daha yaxşı yolları vardır!
SQ3R yazılı informasiyanı bütünlüklə mənimsəmək üçün ən faydalı üsullardan biridir. Bu sizə məsələnin mahiyyətinin obyektiv cəhətdən struktur tərkibini yaratmağa kömək edir. Bu həmçinin sizə informasiyanı yadda saxlamaqdan ötrü yenidən nəzərdən keçirmə texnikalarından yararlanmaq yollarını öyrədəcəkdir.
Siz SQ3R-ı aktiv şəkildə tətbiq etməklə, öz mütaliə vaxtınızdan maksimim mənfəət əldə edəcəksiniz.
SQ3R abreviaturası beş ardıcıl fəaliyyəti əhatə edir ki, siz kitab oxusu zamanı onlardan istifadə etməyiniz məsləhət görülür.
• Survey (sorğu, müayinə):
Sənədi müayinə etmək: çaparaq şəkildə məzmunu nəzərdən keçirmək, müqəddimə, başlıq girişləri və başlıq xülasələri, bu sizə mətn haqqında ilkin təsəvvür yaratmağa kömək edəcəkdir. Mətnin ümumiyyətlə sizin üçün faydalı olub-olmayacağını araşdırın. Əgər orda sizin axtardığınız informasiya yoxdursa onu kənara qoyun.
• Question (sual):
Mövzu ilə bağlı ağlınıza gələn sualları və ya ilkin oxu zamanı sizin xüsusi maraqlarınıza səbəb olacaq amilləri qeyd edin. Ola bilsin ki, suallar vermək üçün mətni yenidən oxumalı oldunuz. Sualları özünüzə hədəf olaraq da seçə bilərsiniz, onların cavablarını tapmaqla isə siz mövzunu öz beyninizdə daha yaxşı yerləşdirmək imkanı əldə edəcəksiniz.
• Read (oxumaq):
İndi isə sənədi oxuya bilərsiniz. Faydalı bölmələri hər bir xırdalığı, detalı nəzərə almaqla oxuyun və əhəmiyyətli nüansların hər biri başa düşməyin qeydinə qalın. Bəzi mətnlər ilə bağlı oxu tərzi çox asta ola bilər. Bu xüsusilə o zaman müşahidə olunur ki, mətn sıx və mürəkkəb informasiya tutumlu olsun. Oxuduğunuz vaxt ərzində öz əqli xəritənizdə qeydlər aparmaq və işarələr qoymaq sizin köməyinizə çata bilər.
• Recall (yada salmaq):
Sənədin müvafiq bölmələrini oxuduqdan sonra, beyninizdə onu bir neçə dəfə yenidən keçirin. Mərkəzi faktları və ya əhəmiyyətli (mahiyyətli) prosesləri məzmundan ayırd edin, sonra isə digər informasiyanın onun ətrafında necə yerləşməsinə, onu necə tamamlamasına diqqət yetirin.
• Yenidən nəzərdən keçirmə:
Əvvəlki tapşırıq əsnasında informasiyanı xatırladıqdan sonra, siz onu yenidən nəzərdən keçirmə mərhələsinə başlaya bilərsiniz. Bu mərhələ yenidən mətni oxumaq, qeydlərinizi xırdalamaq, materialı öz həmkarlarınız ilə müzakirə etmək kimi proseslərdən ibarət ola bilər. Yenidən nəzərdən keçirmənin ən yaxşı metodu isə başqa bir insanı öyrətmək də ola bilər.