Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını bildirib.
Bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransı zamanı danışıb.
“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, – Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesini sürətləndirəcək.