“Tesla” və “SpaceX” şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask “Tesla” səhmlərinin qiyməti 9%-dən çox ucuzlaşdıqdan sonra bir gündə 16 milyard dollar itirib. Bunu Bloomberg Billionaires Index (BBI) məlumatları sübut edir.
Dünənki ticarətin bağlanışında şirkətin səhmləri 9.3% ucuzlaşaraq 220 dollar olub. Azalma “Tesla”nın son rübdə xalis mənfəətinin təxminən 1.8 dəfə azalması ilə bağlı hesabatları fonunda baş verib.
Eyni zamanda, aktivlərin 7%-nin itirilməsi Maskı dünyanın ən varlı adamları reytinqində birinci yerdən sıxışdırmayıb.