“Ermənistan Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi alıb”.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.
“Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən yazılı cavab göndərilməyib, müzakirələr davam edir”, – o bildirib.