7 C
Baku
Sunday, December 15, 2024

5 mindən çox tələbə təhsil krediti alıb

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, payız sessiyası ərzində 8031 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 955 nəfərin müraciəti natamam olub, 683 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 973 nəfərin müraciətinə imtina cavabı verilib, 126 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 5294 nəfərə TTK verilib. Onların arasından 1832 nəfərin müraciəti sosial TTK, 3462 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Son xəbərlər
Digər xəbərlər