14 C
Baku
Wednesday, May 15, 2024

Ukrayna Avropa İttifaqından maliyyə yardımının 9-cu tranşını alıb

Ukrayna Avropa İttifaqından maliyyə yardımının 9-cu tranşını alıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal “X” hesabında bildirib.

Onun sözlərinə görə, Ukrayna Aİ-dən 1.5 milyard avro məbləğində maliyyə yardımı alıb. “Aİ-nin maliyyə dəstəyi bizim iqtisadi cəhətdən güclü olmağımıza kömək edən ən mühüm amillərdən biridir. Ümumilikdə, Aİ-nin 2023-cü ildə Ukraynaya büdcə dəstəyi artıq 15 milyard avro təşkil edir”, Baş nazir deyib.

Ukrayna hökumət başçısı Avropa Komissiyasının rəhbərliyinə onun ölkəsi ilə göstərdiyi həmrəyliyə görə təşəkkür edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər