6 C
Baku
Sunday, December 15, 2024

Günü idarə etmək üçün 18 dəqiqəlik plan

Dünən gün ən gözəl niyyətlərlə başladı. Mən həyata keçirməli olduğum işlərin həvəsi ilə ofisə daxil oldum.  Sonra mən masanın arxasına oturdum, kompüteri işə saldım və emalimi yoxlamağa başladım.  Iki saat keçdikdən sonra mən diqqət yetirdim ki, müxtəlif cəbhələrdə döyüşə-döyüşə hələ heç bir işi yerinə yetirə bilməmişəm, yalnız telefon və poçtla qarşıma çıxan məsələləri, digərlərini problemlərini həll etməli olmuşam. Amma kompüterimi işə salanda, onun arxasında hansı işi həll etmək üçün oturduğum isə demək olar ki, yadımdan çıxıb. Mən tələyə düşmüşdüm və  indi bu mənə daha yaxşı agah idi. 

Mən həmişə time menecmentdən (vaxtın idarə olunması) treninq keçərkən ilk soruşduğum sual belə olur: Sizlərdən neçə adam vaxt boşluğundan və görməyə iş tapmadığından əziyyət çəkir? Bu on il ərzində demək olar ki, heç kəs bu suala müsbət cavab vermək üçün əl qaldırmayıb.

Bu o anlama gəlir ki, biz yuxudan duranda həmişə bilirik ki, bu günə olan heç də bütün işləri axıra çatdıra bilməyəcəyik. Ona görə də bizim vaxtı necə sərf etməyimiz bu baxımdan həll edici strateji əhəmiyyət daşıyır. Bizlərdən əksəriyyəti ən vacib məsələnin üzərində öz diqqətini cəmləməkdən ötrü də mübarizə aparmalı olur, çünki ətrafda diqqət yayındırıcı o qədər amillər olur ki, bir məsələ üzərində fokuslaşmaq çətin olur.  Bu sıraya mən də daxiləm. Əgər özünüzü yoxlamaq istəyirsinizsə, öz fikir yayınmalarınızı idarə etmək üçün bu üç dəqiqəlik qısa testi sınaya bilərsiniz.

Biz vaxtımızı idarəetmə haqqında çox şey bilə bilərik, lakin çətinlik həmişə ondadır ki, biz bunları icra edə bilirikmi? Məsələ ondadır ki, işlərin aşıb-daşdığı, çərçivəyə sıxmadığı plana necə riayət etmək olar? Sizdən diqqət uman çoxlu şeylər olduğu təqdirdə, az bir iş üzərində diqqətini necə cəmləmək olar?

Bizə tryuk (kələk) lazımdır

Jak La Lanne, fitness müəllimi, kələklər haqqında hər şeyi bilirdi; o əllərini qandallayaraq bir milə yaxın məsafə üzməkdə məşhurluq qazanmışdı, bununla yanaşı o içi adamlarla dolu qayığı da kəndirlə öz arxasınca çəkirdi. Lakin o adi bir gözbağlıcadan (kələkbaz) daha artıq bir insan idi. O bir sıra idman maşınları icad etmişdir ki, həmin maşınlar dünyanın idman klublarını bəzəyir. Onun The Jack LaLanne Show şousu televiziya fitness proqramları çərçivəsində ən uzun müddətli verilişlərdən biri olmuş, təqribən 32 il ərzində yayımlanmışdır.

Lakin mənim heyrətimə səbəb olan faktorlardan heç biri yuxarıda sadalananlar sırasında deyil. Məncə onun həqiqi gücünün sirri məhz bir kələkdə gizlənir.

Ritual

Hətta 90 yaşına çatmasına baxmayaraq, o hər səhər iki saat ərzində idmanla məşğul olur. O, doxsan dəqiqə ağırlıq qaldırır, yarım saat ya üzür, ya da sadəcə gəzişirdi. O, hər gün və gün keçdikcə eyni şeyləri edir. O öz fiziki formasının qeydinə qalır və bu onun getdikcə gündəlik həyatının bir hissəsinə çevrilirdi.

Vaxtın idarə edilməsi də bizim üçün rituala çevrilməlidir. Bu sadəcə bizim gördüyümüz işlərin və prioritetlərin siyahısı olmalı deyil. Bu sadəcə davamlı və ya məqsədli olmaq demək deyil. Bu ətrafdakı hadisələrdən asılı olmayaraq gün ərzində prioritetlərimizə sadiq qalmaq və diqqətimizi onlar üzərində cəmləməyimizi təmin etməlidir.

Mən fikirləşirəm ki, biz bütün bunları doqquz saatlıq iş günümüzün 18 dəqiqəsindən  də az vaxt aparan üç addımlıq planda həyata keçirə bilərik.

Addım 1 (5 dəqiqə) Gün üçün plan tərtib etmək. Öz kompüterini işə salmaqdan öncə, əlinizə bir kağız alın və bu günü tam müvəffəqiyyətli hesab etmək üçün nəyi etməli olduğunuzu qərarlaşdırın. Siz məhz nəyi həyata keçirsəniz, öz hədəfinizə düşmüş olarsınız və günün sonunda özünüzü daha çox məhsuldar və uğurlu hesab edərsiniz? Bu işləri kağız üzərinizə yazın.

Sonra, daha vacibi odur ki, öz təqviminizi götürün və bu işləri ən çətin və ən vaciblərdən başlayaraq sıralayın, ən zəruri və daha çətin olanları günün başlanğıcına salın. Günün əvvəli, başlanğıcı deyəndə mən hətta sizin emaili yoxlamışdan əvvəl edəcəyiniz işləri nəzərdə tuturam. Əgər sizin bütün görməli olduğunuz işlər bir günlük cədvələ sığışmırsa, onda prioritetlər ardıcıllığına bir də nəzər salın. Nəyi harada və nə vaxt edəcəyini müəyyən etmək məsələnin ən vacib tərəfidir və düzgün qərar vermək inanılmaz dərəcədə gücə malikdir.

Böyük miqdarda aşkar dəlillər mövcuddur ki, onlar insanı belə bir faktla üz-üzə qoyur, əgər insan hər hansı bir işi doğrudan da görmək istəyirsə, o bu işi harada və nə vaxt edəcəyini də qərarlaşdırmalıdır. Aparılmış araşdırmalardan birində amerikalı qadınlar 30 gün ərzində  gündəlik olaraq öz sinələrinin (döşlərinin) müayinəsini keçirməyə razılaşmışdılar. Harada və nə vaxt sualını verən qadınların 100%-i, bu sualı verməyənlərin isə cəmi 53%-i  bu müayinəni bütünlüklə həyata keçirmişlər. Başqa bir araşdırmada təcrid olunmuş narkotik aludəçilərindən (çətin ki, daha stressli vəziyyətdə olan insan təsəvvür etmək mümkün olsun) esse yazmaq tələb olunur. Onlar bu esseni müəyyən gün ərzində axşam saat 5-ə qədər olan istənilən bir müddət ərzində yaza bilərdi. Məhz harada və nə vaxt sualını verən iştirakçıların 100%-i tapşırığa əməl etmiş, sual verməyənlərin heç biri tapşırığa ümumiyyətlə əməl etməmişdir.

 Əgər siz nə isə etmək istəyirsinizsə bunu harada və nə vaxt edəcəyinizi qərarlaşdırın. Ya da onu öz siyahınızdan çıxardın.

Addım 2 (hər saatdan bir yenidən fokuslaşmaq). Öz saatınızı, telefonunuzu və ya kompüterinizi hər saatdan bir zəng çalmağa quraşdırın. O zəng çalanda dərindən nəfəs alın, öz siyahınıza nəzər salın və axırıncı saatı nə qədər məhsuldar keçirdiyinizi düşünün.  Sonra isə cədvələ baxaraq növbəti saatı necə keçirəciyinizi dəqiqləşdirin.

Öz gününüzü saat-ba-saat idarə edin, saatlara sizi idarə etməyə icazə verməyin.

Addım 3  (5 dəqiqə) təkrar baxış. Öz kompüterinizi söndürün və öz günüzü yenidən nəzərdən keçirin. Nə işə yaradı? Siz öz diqqətinizi nədə cəmləyə bildiniz? Bəs nədə sizin diqqətiniz yayındı? Öyrəndiklərinizdən hansı sizə sabah daha məhsuldar olmağa kömək edə bilər?

Ritualların gücü onların öncədən xəbər verilə bilməsindədir. Siz eyni bir şeyi eyni vaxtda dəfələrlə dönə-dönə təkrar edirsiniz. Təbii ki, ritualdan  gələn  xeyir də əvvəlcədən görünə biləndir. Əgər siz məqsədli və ağıllı şəkildə öz diqqət fokuslarınızı (diqqət mərkəzini) seçə bilsəniz və davamlı şəkildə öz planlarınızı özünüzə xatırlatsanız, sizin diqqətiniz həmişə mərkəzləşmiş qalacaq. Bu çox sadədir.

Bəlkə də bu rituallara əməl etməklə siz əli-qolu bağlı şəkildə bağlanmış olduğunuz böyük bir kruiz gəmisini dartaraq ingilis kanalını keçməyə nail ola bilməyəcəksiniz. Amma bu sizə işdən çıxanda özünüzü müvəffəqiyyətli və məhsuldar hiss etməyə kömək edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər