“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-sentyabr ayında 17.094 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 13.096 mln. manat və ya 43% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 30.190 mln.manat təşkil edirdi.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.