Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2023-cü ilin sentyabr ayının 30-na 3169 nəfər olub.
Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2022-ci il ilə müayisədə BOKT işçilərinin sayı 442 nəfər və ya 16.2% artıb. Belə ki, ötən ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 727 nəfər olub.
İyun ayının sonunda BOKT işçilərinin sayı 3064 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 105 nəfər artırıb.
Bu dövrdə BOKT-filiallarının sayı isə 283 ədəd olub. 30 sentyabr 2022-ci il tarixində isə BOKT-ların sayı 286 ədəd olub ki, bu da illik müqayisədə 3 BOKT filialının bağlanması deməkdir.