2 C
Baku
Saturday, December 14, 2024

Ermənistan İstisu və Göyçə göllərini çirkləndirir – BMT

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmamasından narahatlığını bildirib.

Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabata şərhində deyilir.

Komitə Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyinin icrasını gücləndirməyə çağırıb.

Təşkilatın İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabata dair şərhində isə bildirilib ki, BMT Ermənistanın İstisu və Göyçə göllərini çirkləndirməsindən narahatdır.

Sənəddə Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq ifadə edilib.

Bununla əlaqədar Ermənistana mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün zəruri tədbirləri görmək çağırışı edilib.

Son xəbərlər
Digər xəbərlər