“Bakı Sığorta” ASC-nin 2023-cü ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-sentyabr ayında 4.080 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 847 min manat və ya 17% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 4.927 mln manat təşkil etmişdir.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.