17 C
Baku
Friday, October 18, 2024

Bakı metrosunun yeni stansiyasının adı ilə bağlı təkliflər verilib

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinə aid, şərti adı “B-04” olan stansiyasının adı ilə bağlı təkliflər verilib.

Bunu səhmdar cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ad verilən zaman stansiyaların yerləşdiyi əraziyə və yaxud Azərbaycan üçün əhəmiyyətli olan hadisələrə uyğun ad seçilir. Hələlik bu metro stansiyanın adı ilə bağlı dəqiq, real müzakirə olmayıb, amma bir sıra təkliflər mövcuddur”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər