6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda nağdsız ödənişlərin xüsusi payı 54%-i keçib – Mərkəzi Bank

Bank sektorunda rəqəmsallaşma artdıqca dələduzluq halları da artır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov kommersiya banklarının müştərilərinə qarşı dələduzluq hallarının artmasına münasibət bildirərkən deyib.

“Rəqəmsal ödənişlər sürətlə genişlənir. İnsanların ödəniş davranışları dəyişir. Həmçinin maliyyə xidmətlərinin əldə olunması kanalları genişlənir. Artıq 2023-cü ilin 9 ayının yekununa görə, ölkə daxilində kart ödənişlərində nağdsız ödənişlərin xüsusi payı 54%-i keçib. Rəqəmsallaşmanın artdığı bir şəraitdə dələduzluq hallarının da artması qaçılmazdır”, – deyə o qeyd edib.

AMB rəsmisi təmsil etdiyi qurumun maarifləndirmə məqsədi ilə yeni kampaniyaya başladığını da bildirib: “Bu istiqamətdə “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi ilə sıx işləyirik. Müvafiq işçi qrupumuz var və bu çərçivədə müəyyən fəaliyyət proqramımız var. Müxtəlif ictimai kanallarda, o cümlədən teleradio kanallarında geniş maarifləndirmə tədbirləri həyata keçiririk. Hazırda növbəti kampaniyaya hazırlaşırıq. Artıq maarifləndirmə işlərini davamlı həyata keçirəcəyik ki, insanlar öz fərdi məlumatlarını, ödəniş kartlarında olan həssas məlumatları özləri qorusunlar”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər