Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi “Xəzər-Construction” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xırdalan şəhərində abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.927.615 manatdır.