14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan Hava Yollarının dövlətə 1.6 milyard dollar borcu var

Azərbaycan Hava Yollarının (AZAL) dövlətə xəzinəsinə 1 milyard 159 milyon ABŞ dolları borcu var.

Banker.az xəbər verir ki, bu barədə AZAL-ın illik audit hesabatında deyilir.

Belə ki, aviaşirkətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 1 yanvar 2023-cü il tarixinə 1 milyard 77.9 milyon dolları üzən faiz dərəcəsi və 81.1 milyon dolları isə sabit faizlə verilib.

Bununla belə borclar təkcə ABŞ dolları ilə bitmir. Maliyyə Nazirliyi qarşısında Azərbaycan manatında 624.2 milyon manatlıq sabit faiz dərəcəsi ilə olan borcu var. Son bir ildə bu borcların həcmində dəyişiklik olmayıb.

Hesabatda qeyd kimi əlavə edilib ki, 31 dekabr 2022-ci il tarixina AZN, ABŞ dollar va AVRO üçün müddətli kreditlər üzra qüvvədə olan orta faiz dərəcəsi müvafiq olaraq 2.6%, 6.3% va 1.2% olub.  31 dekabr 2021-ci il tarixinə müvafiq olaraq 5.9%, 3.7% va 1.3% idi.

2022-ci il üçün dəyişən dərəcələr 3 aylıq ABŞ dolları LIBOR dərəcələri üstəgəl illik 2.2% əsasında hesablamışdır va həmçinin dövr üzra sabit illik faiz dəracəlari 0.75%-8% arasında dəyişir. Kredit və borc müqavilələrində heç bir maliyyə şərtləri yoxdur 2022-ci il ərzində Maliyyə Nazirliyi AZAL adından kreditlər və icarələr üçün 18.4 milyon manat ödənib.

İl başa çatdıqdan sonra 27 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyi ilə 2023-2028-ci illər ərzində müəyyən edilmiş ödəniş qrafiki ilə 1 yanvar 2023-cü il tarixindən etibarən illik 2% faiz daracasinin tətbiq edilməsi barədə razılıq əldə olunub.

 

Son xəbərlər
Digər xəbərlər