İsrail hərbçiləri ötən gecə Qəzza zolağının şimalına daxil olaraq quru əməliyyatının zonasını genişləndirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Xaqari açıqlama yayıb.
“Ötən gecə İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru əməliyyatının zonasını genişləndirib. Bu əməliyyatda piyada, zirehli, texniki və artilleriya bölmələri iştirak edib, intensiv atəş açılıb. İtkilər barədə məlumat yoxdur”, – o deyib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.